Modern.az

Baş redaktorlar Arif Alışanovla Qulu Məhərrəmlini barışığa ÇAĞIRDILAR

Baş redaktorlar Arif Alışanovla Qulu Məhərrəmlini barışığa ÇAĞIRDILAR

Media

9 Aprel 2016, 11:21

Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı məhkəmə çəkişməsində olan AzTV-nin rəhbəri Arif Alışanov və tanınmış telejurnalist Qulu Məhərrəmlinin barışması ilə bağlı çağırış edib. O bildirib ki, cəbhədə vəziyyətin bu şəkil aldığı bir zamanda belə tanınmış şəxslərin enerjilərini gərəksiz məsələlərə sərf etmələri bütün cəmiyyət üçün təəccüb doğurur. 

“Azərbaycanın torpaqları, o cümlədən bu iki tanınmış simanın doğulduqları Zəngilan və Qubadlı rayonları işğal altındadır. İndi bütün cəmiyyətin fikri cəbhəyə yönəlib. Ona görə də xahiş edərdik ki, Arif Alışanovla Qulu Məhərrəmli məhkəmə çəkişməsinə son versinlər. Öz enerjilərini lazımsız məsələlərə deyil, jurnalistikamızın inkişafına, peşəkarlığın artırılmasına, torpaqlarımızın işğaldan azad edilməsinə sərf etsinlər.

Əminəm ki, onlar bizim fikirlərimizi anlayışla qarşılayacaqlar və bu qarşıdurmaya son verəcəklər.

Bu arzuolunmaz məhkəmə çəkişməsindən jurnalistikamız zərər çəkir”  

Modern.az media rəhbərlərindən məsələyə münasibət öyrənib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı hesab edir ki, tanınmış jurnalistlər barışsalar daha yaxşı olar.   “İndiki vaxtda Azərbaycan cəmiyyətində həmrəylik, birlik var və bu birlik, həmrəylik həm də Qarabağın işğladan azad olunmasına yönəlib. Hər iki insan da Qarabağ bölgəsindədir. Onlar məhz bunun naminə barışsaydılar, daha yaxşı olar. İndi biri-birimizə dayaq olmaq vaxtıdır və hesab edirəm ki, bu ən yaxşı çağırışdır”.  

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bildirib ki, həm Arif Alışanov, həm Qulu Məhərrəmli respublikanın jurnalist mühitinin tanınmış simalarıdır.  

“Uzun müddət bir yerdə işləyiblər, dost olublar. Taleh elə gətirib ki, hər ikisi işğal rayonlarındadır. Jurnalisika belədir ki, insanlar müxtəlif sözlər deyir, yazılar yazırlar. Bu sözlərin, yazıların heç də həmişə müsbət yönümdə olmur. Bəzən kimsə, nəyəsə başqa cür ayrı rakusdan yanaşır və yaxud öz fikirini ifadə edir. Təəssüf edirəm ki, köhnə dostlar bu gün məhkəmədə qarşılaşmaq istəyirlər. Qətiyyən belə halın baş verməsini istəmirəm. Bu xüsusən elə bir dövrə təsadüf edir ki, cıənab Prezident, Ali Baş Komandan qeyri-addım ataraq müharibənin gedişatında dönüş yaradıb.

Eyni zamanda işğal altında olan torpaqlarımız, o cümlədən Arif Alışanov, Qulu Məhərrəmlinin doğulduğu torpaqların azad olunması üçün şans yaranıb. Bu çox böyük bayramdır, qeyri-adi hadisədir. Belə bir ərəfədə onlara barışıqla bağlı ünvanlanan müraciəti dəstəkləyirəm. Barışsınlar və biri-birlərinə sözlərini hakimsiz, məhkəməsiz desinlər. İki insan arasında fikir ayrlığı da münqaişəyə, müharibəyə çevrilməsin, sülhlə bitsin”.  

“Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı da  Arif Alışanov və Qulu Məhərrəmlinin barışmasının tərəfdarıdır.  

“Əslində müharibə və ya savaşın, onların işğal altında olan bölgədən olub-olmamalarının məsələyə dəxli yoxdur. Düşünürüəm ki, həmkarın jurnalistlərin biri-birlərinə məhkəmə davası açması heç doğru deyil.

Əgər biz aramızda danışıb anlaşa bilmiriksə, problemləri yoluna qoya bilmiriksə, o zaman cəmiyyətə nə verə bilərik? Düşünürəm ki, Azərbaycan mediasında öz sözünün demiş iki tanınmış jurnalistin, iki tanınmış qələm adamının biri-birinə məhkəmə davası açması həqiqətən də arzuolunan deyil. Onların barışması və digər jurnalistlərin də bu məsələdə cəhd etmələri çox yaxşıdır. Arzu və ümid edirəm ki, bizim tanınmış jurnalist həmkarlarımız tezliklə bu problemi çözəcəklər və məsələ məhkəməsiz həll olunacaq”.  

“APA” Holdinqin rəhbəri Vüsalə Mahirqızı media mənsublarının məhkəmədə görüşməsinin əleyhinə olduğunu qeyd edib.   “Lakin belə şeylərin də münaqişə ilə bağlanmasının ondan da çox əlayehinəyəm. Qarabağ məsələsi müqəddəsdir, gərək bu məsələni hər şeydə istifadə etməyək. Amma tanınan media adamlarının məhkəmədə üz-üzə gəlməsinin əleyhinəyəm”.  

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi