Bu gün Əfqanıstan vaxtı ilə saat 13:29-da Aşkaşam şəhəri yaxınlığında, Hindquş dağlarında baş verən 6,8 bal gücündə zəlzələ Pakistan, Hindistan və Orta Asiya respublikalarında hiss edilib. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, zəlzələ nəticəsində Pakistanda azı iki nəfər həlak olub, 10 nəfər yaralanıb, köhnə tikililər dağılıb.
Yeraltı təkanlar təxminən 3 dəqiqə davam edib.
Zəlzələ Xayber-Paxtunxva və Pəncab əyalətlərində daha çox hiss olunub. Bu əyalətlərin sakinləri evlərini tərk ediblər.
Modern.az