Modern.az

“Baş nazirin istefası bizim qələbəmizdir” - Saakaşvili

“Baş nazirin istefası bizim qələbəmizdir”  - Saakaşvili

Dünya

10 Aprel 2016, 22:08


Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın baş naziri Arseniy Yatsenyukun istefasını şərh edib.

“Mən Ukrayna prezidenti ilə görüşəndə ona Yatsenyukun istefası ilə bağlı bəyanat da vermişdik. Bizim mübarizəmiz nəticə verdi”, - Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bunu Saakaşvili özünün Facebook səhifəsində yazıb.

Saakaşvili ilə Yatsenyuk arasında qarşıdurma bir neçə aydır davam edirdi. Məsələn, 2015-ci ilin dekabr ayında Milli İslahatlar Şurasının iclasında Ukraynanın daxili işlər naziri Arsen Avakov sözlü mübahisədən sonra Saakavilinin üzünə su atıb.

Arseniy Yatseünyuk isə qubernatora Ukraynadan rədd olub getməyi təklif etmişdi.

Yatsenyukun istefasına parlamentdə aprelin 12-də baxılacaq. Bu gün istefaya getdiyini bəyan edən baş nazir onun rəhbərlik etdiyi “Xalq cəbhəsi”nin parlament koalisiyasında qalacağını əlavə edib.

O, baş nazir səlahiyyətlərini Ali Radanın spikeri Vladimir Qroysmana verməyə hazır olduğunu da vurğulayıb. Prezident Pyotr Poroşenko isə istənilən yeni baş nazirlə işləməyə hazır olduğunu deyib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər