Modern.az

Azay Quliyev QHT-ləri təbrik etdi

Azay Quliyev QHT-ləri təbrik etdi

28 Dekabr 2010, 15:50

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ölkənin qeyri-hökumət təşkilatlarına 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni 2011-ci il münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə bildirilir:

"Hörmətli həmkarlar!
Əziz dostlar!
Sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni 2011-ci il münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür və ailə xoşbəxtliyi arzulayıram.
İnanıram ki, əvvəlki illərdə olduğu kimi, qarşıdan gələn 2011-ci ildə də siz öz ictimai fəallığınız və vətəndaş həmrəyliyinizlə hörmətli Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin milli maraqlarının müdafiəsi və inkişafı naminə həyata keçirdiyi ardıcıl siyasətə dəstək verəcək və bu işdə əlinizdən gələn  köməyi əsirgəməyəcəksiniz.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər tərəfindən irəli sürülən layiqli təşəbbüsləri həmişə dəstəkləyəcək və ölkəmiz üçün ictimai mahiyyət kəsb edən problemlərin həllinə vətəndaş cəmiyyətinin daha böyük töhfələr verməsinə çalışacaqdır. 
Bir daha bayramlarınız mübarək olsun!”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama