Modern.az

Səudiyyə kralının Ankara səfərində 500 avtomobil sifariş verilib

Səudiyyə kralının Ankara səfərində 500 avtomobil sifariş verilib

Dünya

11 Aprel 2016, 16:34

Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdül Əziz Əl Saud və onun rəiyyətinin Tükiyə paytaxıtna səfəri zamanı maraqlı olaylar yaşanıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, kralın səfəri ilə bağlı Ankaranın ən elit mehmanxanalarından biri kral üçün qapadılıb. Bundan başqa, kralın çevrəsindən olan şəxslərin şəhərdə hərəkəti üçün 500 Mercedes-Benz markalı avtomobil sifariş edilib.

Türkiyə paytaxtında bu qədər avtomobil olmadığı üçün onların bəzisi təcili olaraq İstanbul və Antalyadan gətirilib.  

Kral üçün Səudiyyə Ərəbistanından xüsusi ərzaq dolu konteynerlər, patlarlar və ətriyyat gətirilib.

Kral Salmana yalnız yaxın rəiyyəti yaxın gələ, qulluq edə bilər.  

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər