Modern.az

Qaz abunəçilərinin sayı 1 milyon 900 minə yaxınlaşıb

Qaz abunəçilərinin sayı 1 milyon 900 minə yaxınlaşıb

12 Aprel 2016, 12:40



2016-cı ilin mart ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 17040 yeni abonent qeydiyyata alınıbr ki, bunun da 3286-sı Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 13754-ü isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 887 877-ə çatıb.

Modern.az saytı xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

1 aprel 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 129029 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 354 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal