Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında Tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev bildirib ki, 2010-cu ildə tibbi təhsil və kadr islahatı sahəsində müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilib.
“Bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılmış və gələn ilin əvvəlindən sertifikasiya prosesi başlanacaqdır.
Tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq gələn ildən rezidentura sisteminə keçid də planlaşdırılır.
Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də davam etdirilib. 2010-cu ildə məzunların 80%-nə bölgələrə təyinat verilib”.
Modern.az