Modern.az

İranın Sumqayıtda dərman zavodu açması ilə bağlı yeni MƏLUMAT

İranın Sumqayıtda dərman zavodu açması ilə bağlı yeni MƏLUMAT

12 Aprel 2016, 14:59

“İranın şirkəti ilə birgə Azərbaycanda dərman istehsalı ilə bağlı müzakirələr davam etdirilir”.

Bu sözləri Modern.az-a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. O qeyd edib ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində icra olunacaq.

“Öncə daha çox tələb olunan dərman vasitələrinin istehsalından başlanması nəzərdə tutulur. Hazırda dərman istehsalı təşkili ilə bağlı layihə tam detalları ilə araşdırılır və optimallaşdırılması istiqamətində işlər aparılır”.  

A.Əliyev vurğulayıb ki, dərman istehsalı ilə bağlı danışıqlar bir neçə ölkənin aparıcı əczaçılıq məmulatları istehsal edən şirkətləri ilə aparılır.  

“Ancaq təkliflər İran tərəfindən artıq qəbul olunub.

Layihənin üzərində hər iki tərəf iş aparır. Hazırda layihənin tam öyrənilməsi işləri başa çatdılrılmaq üzrədir. Tərəflər birgə işləyirlər”.  

Aytən ZƏHRA    

 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal