Modern.az

Neft hasilatı dondurulur: Rusiya və Səudiyyə Ərəbistanı razılaşdı

Neft hasilatı dondurulur:  Rusiya və Səudiyyə Ərəbistanı razılaşdı

İqtisadiyyat

12 Aprel 2016, 22:48

 

Rusiya və  Səudiyyə Ərəbistanının nümayəndələri neft hasilatının həcminin  dondurulmasına dair konsensusa nail olublar. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu “İnterfaks”a diplomatik mənbə bildirib.  

“Bu gün  Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələri arasında baş tutan görüş zamanı tərəflər  arasında neft hasilatının dondurulması məsələsinə dair konsensus əldə olunub”, - deyə mənbə qeyd edib.

Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib.  

Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın da neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək  sövdələşməyə hazır olmadığını bildirirdi. 

Qeyd edək ki, İran, öz növbəsində, neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəl) çatdıranadək  neft hasilatının dondurulması sazişinə qoşulmaq niyyətində olmadığını bildirib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal