Modern.az

Qırğızıstanda yeni baş nazir seçiləcək

Qırğızıstanda yeni baş nazir seçiləcək

Dünya

13 Aprel 2016, 10:57



Aprelin 13-də Qırğızıstan parlamentində yeni baş nazirin seçilməsi müzakirə olunacaq. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, keçmiş baş nazir Temir Sariev İssık-Kul gölü üzərindən avtomobil yolunun tikintisi ilə bağlı tender qalmaqalından sonra istefaya  gedib.

Qırğız deputatlar rəhbərliyi və şəxsən Sarievi tenderin qalibi olan Çin şirkətini dəstəkləməkdə ittiham ediblər. Aprelin 12-də hakim koalisiya fraksiyası baş nazir postuna Qırğızıstan prezidentinin partiyasından olan Sooronbay Jenbekovun namizədliyini dəstəkləyib.

Bu gün onun namizədliyi məsələsini müxalifət də müzakirə edəndən sonra baş nazir postuna təyinatı ilə bağlı səsvermə keçiriləcəyi gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər