Modern.az

Mədəniyyət naziri fahişə ilə münasibətlərindən DANIŞDI

Mədəniyyət naziri fahişə ilə münasibətlərindən DANIŞDI

Dünya

13 Aprel 2016, 11:18

Böyük Britaniyanın mədəniyyət naziri Con Uittinqdeyl keçmişdə fahişə ilə əlaqədə olmasından danışıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir qadının fahişə olduğunu bilmədiyini etiraf edib.  

“2013-cü ilin avqustundan 2014-cü ilin fevralına qədər mən tanışlıq saytlarından birində qadınla tanış olmuşdum. O mənimlə eyni yaşa malik idi və yaxınlıqda qalırdı. Onun nə işlə məşğul olduğunu bilmirdim.

Yalnız təsadüfən mənimlə olan əlaqəsi barədə yerli qəzetlərə xəbər satmaq istəyərkən bunu bilmişəm. O qadınla əlaqəni dərhal kəsdim”.

56 yaşlı Uittinqdeyl 1 dəfə nikahda olub və 2 oğul atasıdır.

Britaniya mətbuatı nazirin etiraflarını “dramatik açıqlama” kimi dəyərləndiriblər.  

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər