Səudiyyə Ərəbistanının neft naziri Əli-ən Nuaymi aprelin 17-də neft hasilatçısı ölkələrin Qətərdə keçirəcəyi görüş öncəsi ölkəsinin neftin hasilatını azaltmayacağını deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım Ər-Riyadla Tehran arasındakı anlaşılmazlıqdan qaynaqlanır.
“Səudiyyə Ərbistanının neftin hasilatını azaltmasından söhbət belə, gedə biləmz. Bu mövzunu unudun” – deyə Nuaymi deyib.
Bundan öncə, Nuaymi Rusiya energetika naziri Aleksandr Novakla görüş keçirmişdi.
Tərəflər İranın mövqeyindən asılı olmayaraq neftin hasilatını dondurmaq barədə razılıq əldə etidklərini açıqlamışdı.
Vüqar İsmayılov