Modern.az

Xarici valyutada verilən istehlak kreditləri müzakirə olundu

 Xarici valyutada verilən istehlak kreditləri müzakirə olundu

13 Aprel 2016, 21:00

 

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclası keçirilib. Modern.az saytı Palataya istinadən xəbər verir ki, iclasın gündəliyinə maliyyə bazarlarının mövcud vəziyyəti, gələcəkdə yarana biləcək təhdidlər və bank sektorunun maliyyə dayanıqlığı, eləcə də yaxın və orta perspektivdə atılacaq addımlar daxil edilib.

İclasın davamında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xarici valyutada verilən istehlak kreditlərinə dair tətbiq edilən məhdudiyyətlə bağlı bazarın təhlili müzakirə edilib. Makroprudensial siyasət çərçivəsinin müəyyən edilməsi istiqamətində tapşırıqlar verilib.

Sonda maliyyə sistemində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə məşvərətçi orqan olaraq Maliyyə Sabitliyi Şurasının yaradılması ilə bağlı görülən işlər müzakirə edilib və gələcək tədbirlərə dair qərar qəbul olunub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal