Modern.az

Robert Köçaryan böyük siyasətə qayıdır

 Robert Köçaryan böyük siyasətə qayıdır

Dünya

14 Aprel 2016, 00:14

 

Ermənistanın sabiq prezidenti Robert Köçaryan böyük siyasətə qayıdır.  Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti məlumat yayıb. Qəzet yazır ki, bu günlərdə sabiq xarici işlər naziri Vardan Oskanyan və Robert Köçaryan intensiv formada böyük siyasətə qayıtmağın perespektivləri üzərində işləyir.

“Ehtimal edilir ki, Vardan Oskanyan ən yaxın günlərdə yeni partiyalarının yaradılması barədə açıqlama verəcək”, - deyə nəşr yazır.

Bundan əvvəl Ermənistan  KİV-i məlumat yaymışdı ki, Robert Köçaryan Dağlıq Qarabağda döyüşlər başladıqdan sonra Rusiyadan Ermənistan qayıdıb. Köçaryan həmin vaxt bildirmişdi ki, Sarkisyanla görüşmək niyyətində deyil.

O, Azərbaycan ordusu ilə baş verən döyüşlərdə Ermənistan hərbçilərinin buraxdığı səhvlərə diqqət çəkmişdi.  

Köçaryanın bir neçə dəfə böyük siyasətə qayıtması barədə məlumatlar yayılsa da təsdiqini tapmayıb. Amma o, bir müddət əvvəl siyasətə qayıdışı istisna etmədiyini bildirmişdi.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər