Modern.az

“Azərsu” Bakıətrafı qəsəbələrdə nə iş görüb?..

“Azərsu” Bakıətrafı qəsəbələrdə nə iş görüb?..

14 Aprel 2016, 10:13

“Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş 2011-2013-cü illər, 2014-2016-ci illəri əhatə edən Dövlət proqramları çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən kifayət qədər böyük işlər görülüb”.
Bu sözləri Modern.az-a açıqlamasında “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib. O qeyd edib ki, həmin proqramların icrası çərçivəsində Abşeron yarımasdası üzrə 2100 km-dən artıq magistral və şəbəkə su xətləri, 420 km-dən çox kanalizasiya kollektoru və xətləri, 39 su anbarı tikilib istismara verilib.

“1100-dən artıq çoxmənzilli yaşayış binasının su təchizatı sistemləri tamamilə yenidən qurulub, zirzəmilərdən xətlər çıxarılıb və yenilənib, dik dayaqlar pilləkən qəfəsələrinə çıxarılıb və hər bir mənzil smart sayğaclarla təmin olunub, hazırda bu işlər davam etdirilir. Dövlət proqramlarının icrası dövründə 265 min smart sayğac quraşdırılıb. Ölkə üzrə isə 400 mindən çox smart sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində Abşeron yarımadası üzrə ilk dəfə 270 min nəfər mərkəzləşmiş qaydada içməli su ilə təmin olunub ki, bunun da böyük əskəriyyəti Bakıətrafı qəsəbə və kəndlərin payına düşür. Ötən müddətdə ilk dəfə Pirallahı, Türkan, Zirə qəsəbələrinə mərkəzləşdirilmiş qaydada su verilib. Hansı ki tarixən bu qəsəbələrdə şəbəkə olmayıb”.

A.Cəbrayıllı vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində tikilmiş Ceyranbatan ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi və 80 km-dən artıq uzunluğu olan Ceyranbatan-Zirə su xəttinin hesabına Bakıətrafı kənd və qəsəbələrin su ilə təchizatında ciddi uğurlar əldə olunub. İndi bu kompleksin və xəttin hesabına Abşeronun şərqində daha çox insan daha keyfiyyətli içməli su ilə təmin edilir.

““Azərsu” ASC ilə Koreya Beynəlxalq Əməkdaşlığı Agentliyi arasında bağlanmış müqaviləyə uyğun olaraq Kürdəxanı qəsəbəsinin su təhcizatı sistemləri tamamilə yenidən quruldu və Kürdəxanı qəsəbəsi 24 saat fasiləsiz su ilə təmin olunur. Bundan başqa əksər qəsəbələrimizdə Sahil, Lökbatan, Qızıldaş, Müşfiqabad, Sulutəpə, Binəqədi qəsəbəsi, Mazasır, Hövsan, Şüvəlan, Qala, Şağan, Mərdəkan, Digah və digər qəsəbələrdə işlər görülüb və hazırda da davam edir. Ötən ilin dekabrında Səudiyyə İnkişaf Fondunun krediti hesabına Badamdar qəsəbəsində su təhcizatı və kanalizasiyası sistemlərinin yenidən qurması işlərinə başladıq. Qarşıdakı aylarda bu fondun krediti hesabına Xırdalan şəhərində işlərə başlamağı planlaşdırırıq”.

Anar Cəbrayıllı qeyd edib ki, Dövlət Proqramının icra olunduğu müddətdə Bakı şəhərinin özü daxil olmaqla, ətraf kənd və qəsəbələrdə 1550-dən artıq insanı fasiləsiz su ilə təmin edilib.

“Bakı şəhərinin 79,2 faizini 24 saat fasiləsiz içməli su ilə təmin etmişik. 2010-cu ildə bu rəqəm 35 faiz civarında idi.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...