Modern.az

Şəhid pilotun qardaşı: “Bəli, onlara ev verilib, amma indi o maraqda deyilik”

Şəhid pilotun qardaşı: “Bəli, onlara ev verilib, amma indi o maraqda deyilik”

Qarabağ

14 Aprel 2016, 14:25


Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin cəbhədə baş verən son hadisələrdə şəhid olan pilotların ailələrinə ev bağışladığı barədə məlumatlar yayılıb. SOCAR-ın mətbuat xidməti isə yayılan məlumatı təkzib edib.

Cəbhədə gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan pilotlardan biri, mayor Urfan Vəlizadənin qardaşı Vidadi Vəlizadə isə Modern.az saytına faktı təsdiq edib.

“Bəli, bizə ev verilib... Amma indi evlə maraqlanacaq durumda deyilik”.

Aprelin 2-ə keçən gecə və gün ərzində gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri zamanı düşmən tərəfindən vurulan Mi-24 helikopterində mayorlar Urfan Vəlizadə və Təbriz Mustafazadə, baş leytenant Bəkir İsmayılov qəhrəmancasına şəhid olublar.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza