Modern.az

Putin evlənməyindən DANIŞDI: “Yeni 1-ci ledini təqdim edəcəm”

Putin evlənməyindən DANIŞDI: “Yeni 1-ci ledini təqdim edəcəm”

14 Aprel 2016, 14:33


Rusiya prezidenti Vladimir Putin canlı efirdə Sankt-Peterburq sakininin şəxsi həyatı, eləcə də keçmiş həyat yoldaşı ilə bağlı sualını cavablandırıb.

Rusiyanın Qatçina şəhərindən olan xanım prezident Vladimir Putinə “bizə yeni birinci ledini nə vaxt təqdim edəkəsiniz”, deyə sual verib.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Putin keçmiş arvadı Lyudmila Aleksandrova ilə hərdən görüşdüyünü deyib.

“Tez-tez olmasa da, görüşürük. Bizim çox yaxşı münasibətimiz var, hətta ola bilsin ki, əvvəlkindən də yaxşıdır”, - Putin vurğulayıb.

Keçmiş birinci ledinin ərə getməsinə gəldikdə, prezidentin fikrincə, onunla bağlı hər şey qaydasındadır: “Qəzetlərdə yazılanlar – başqa məsələdir, o, öz həyatından razıdır, hər şey yaxşıdır. Mən də razıyam, hər şey yaxşıdır”.

İnsanları - prezident, yaxud deputatları şəxsi həyatlarına görə deyil, gördükləri işlərə görə seçdiyini xatırladan Putin “ola bilsin ki, nə vaxtsa yeni birinci ledini təqdim edəcəm”- deyə məsələyə nöqtə qoyub.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər