Modern.az

“Qaraca qız”ın başıbəlalı taleyi - Əsər üç variantda...

“Qaraca qız”ın başıbəlalı taleyi - Əsər üç variantda...

14 Aprel 2016, 15:59


Bu günə qədər elmi tədqiqatlarda Süleyman Sani Axundovun “Qaraca qız” əsərinin 1936-cı ildə dəyişdirildiyi haqqında bəhs olunur. Lakin “Qaraca qız” povestinin üzərində aparılan dəyişikliyi iki mər­hələdə müşahidə edirik. Əsər ilk dəfə 1927-ci ildə S.S.Axundovun “Zərafət” adlı hekayələr kitabına daxil edilərkən dəyişdirilib. Əsərin üzərində yazıçı özü işləyib. Lakin bu “təshih”lər sovet ideoloji aparatını razı salmayıb, növbəti nəşrdə əsər bir daha qayçıya məruz qoyulub.

Növbəti dəfə dəyişiklik 1934-cü ildə “Azərnəşr” in Tədris-pedaqoji şöbəsi tərəfindən “Qaraca qız” kitabçasının tərtibi zamanı aparılıb. Hər üç nəşr arasındakı fərqlərin ideoloji səbəb­lərdən yarandığını açıq görmək mümkün olduğu üçün yazıçının bu işə məhz təhrik edilməsi qənaətinə gəlirik. 
Son iki nəşr nüsxələri arasında bir sıra incə və mühüm fərqlər görürük. 1936-cı ildə “Se­çil­miş əsrlər”in təkrar çapında artıq son dəyişikliyə möhür vuru­laraq bir əsrə yaxın ədəbiyyat tariximizin yaddaşına köçürülür və bu günə kimi uşaq ədəbiyyatımızın qızıl fonduna daxil olan “Qaraca qız” kimi əhəmiyyətli bir əsər millətin öz keçmişinə nifrət ruhunda tərbiyəsinə yönəldilir. Xüsusilə orta məktəb ədəbiyyat dərsliklərində əsərin ixtisar olunaraq əsas süjet xətti əsasında tədris edilməsi ideoloji məqsəd daşıyırdı. 

1927 və 1934-cü ildə povestin süjet və fabula baxımından dəyişdirilməsi əsərin ideya istiqamətinə cddi təsir göstərib. Hətta ilk variantında romantik-idealist bir əsər kimi qələmə alınan povest ikinci mər­hələ­dən etibarən realist əsərə çevrilib.

Beləliklə də, üzərində aparılan “təshih”lər əsərin üç çap variantını yaradıb.

Modern.az-ın məlumatına görə, N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktorantı Könül Nəhmətova “Qaraca qız” əsərini üz variantda nəşr etdirərək oxuculara təqdim edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu