Modern.az

Jak Şirakın qızı dünyasını dəyişib

 Jak Şirakın qızı dünyasını dəyişib

Dünya

15 Aprel 2016, 00:30

 

Fransının keçmiş prezidenti Jak Şirakın qızı Lorans 58 yaşında dünyasını dəyişib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sabiq prezidentin qızı 15 yaşından anoreksiya xəstəliyindən əziyyət çəkib və bir neçə dəfə intihara cəhd edib.

Qeyd edək ki, anoreksiya əsasən gənc qadınlarda görülən, az yemək, iştahsızlıq, az yatmaq və bütün bunlara baxmayaraq aktivliklə müşahidə olunan bir xəstəlikdir. Anoreksiya xəstəlikdən çox psixoloji pozğunluq kimi xarakterizə edilir.

Onu da xatırladaq ki, Jak Şirak Fransanın 22-ci prezidenti olub. O, 1995-ci ildən 2007-ci ilə qədər prezident postunu tutub.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər