Modern.az

İranda 24 milyon insanın müavinəti ləğv edildi

İranda 24 milyon insanın müavinəti ləğv edildi

Dünya

15 Aprel 2016, 10:41


İran parlamenti 24 milyon ölkə sakininə ödənilən subsidiyaları ləğv edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 dollarlıq aylıq subsidiya hərbçilərə, ictimai sektor işçilərinə və sosial təminatı zəif olan ailələrə ödənilirdi.

Yerli mətbuat ölkə parlamentinin atdığı addımın prezident Həsən Ruhaninin istəklərinə zidd olduğunu yazır. Ruhani müavinətlərin davamlı verilməsinin tərəfdarı kimi tanınırdı.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər