Modern.az

Yeni il ərəfəsi bazarlarada qiymətlər “yanır”...

Yeni il ərəfəsi bazarlarada qiymətlər “yanır”...

30 Dekabr 2010, 11:52

Yeni ilə cəmi iki gün qalıb. Hamı bayramı evində, ailəsi ilə birgə, zəngin süfrə ətrafında qeyd etmək istəyir. Bunun üçün isə ilk növbədə bazara gedib əməlli-başlı bazarlıq etmək lazımdır.  Amma belə bazarlığa hamının imkanı çatacaqmı?
Məsələ ondadır ki, bizdə bayramqabağı qiymətlərin kəllə-çarxa qalxması artıq ənənə halını alıb və demək olar ki, çoxlarımız buna öyrənmişik. Bu bayram ərəfəsi də necə deyərlər, “ənənə” pozulmadı və həmişə rastlaşdığımız mənzərəni yenə müşahidə edirik.

Vəziyyəti oxuculara çatdırmaq üçün əməkdaşlarımız “8-çi kilomert bazarı”nda olublar.

Burada həm satıcıların dedikləri, həm da alıcıların sözləri bazarlardakı qiymətlərin xeyli bahalaşdığını deməyə əsas verir.  

Satıcıların özləri də qiymətlərin baha olduğunu etiraf edir.

Xəyyam – satıcı: “Meyvələrin qiyməti həddindən artıq qalxıb. Kecən il ağ almanı satırdıq 1 manat 50 qəpiyə, indi satırıq 2 manata. Yeni il qabağı olduğuna görə qiymətlərdə artım var. Biz də məhsulu baha aldığımıza görə baha da satırıq, kecən ay 80 qəpiyə alırdıq, 1 manata 20 qəpiyə satırdıq. İndi alırıq 1 manat 20 qəpiyə, 1 manat 50 qəpiyə isə satiriq”.    

Digər satıcı Bəylər Qasımov isə alıcı qüvvəsinin demək olar ki,   kecən ilə nisbətən 50 % azaldığını bildirdi: “Əhalinin dolanışığı çətindi. Bu il az olan məhsulların qiymətində bahalaşma var. Getdikcə nar mövsümü qurtardığı üçün bu məhsulun qiymətində də artım müşahidə olunur”. 

Ruslan –satıcı: “Qiymətlər demək olar ki, üç dəfə artıb. Kecən ilki Yeni illə bu ilki Yeni ildə fərq var. Kecən il insanlarda daha çox alıcılıq müşahidə olunurdu. Qiymətlər günü-gündən bahalaşır.
Bu gün artıq ayın 30-dur. Bazarda isə gördüyünüz kimi, alıcı demək olar ki, azdır.

Zirə pomidorunun qiyməti 3-4 manat arası dəyişir, xiyar isə 2 manatdır. Bibər 5 manat 50 qəpik və 6 manata satılır. İnsanlar gəlir, sorüşür, gedirlər, almırlar...” .

Bazardakı satıcıların əksəriyyəti bu il bayramın gəlişinin hiss olunmadığını dedilər. Onların spözlərinə görə, insanlar kecən il Yeni il bayramını daha yaxşı qeyd etməyə çalışırdılar. Bu il isə istər bazarlarda, istərsə də insanların əhval-ruhiyyəsində bayram sevinci hiss olunmur.

Rüstəm Xəlilov – satıcı: “Alıcı qüvvəsi olduqca zəifdir. Keçən ilki Yeni il bundan yaxşı idi. Qiymətlər nisbətən qalxıb. Xaricdən gələn məhsullar isə daha bahadır”.

Bazardakı ayrı-ayrı məhsulların qiymətləri də müxtəlifdir:  
 
Gürcüstan və Türkiyə üzümü  – 4- 5 manat;
Qızıləhmədi alması – 5 manat;
Quba alması – 2,50 qəpik;
Yaşıl alma- 2,50 qəpik;,
Ananas – 8 manat;
Lənkəran narıngisi – 2 manat 50 qəpik;
İran və Türkiyədən gətirilən narıngi - 2 manat;
Portağal – 2 manat 50 qəpik;
Yerli nar – 3 manat 50 qəpik - 4 manat;
Xaricdən gətirilən nar- 3- 4 manat;
Türkiyə çiyələyi – 10 manat;
Banan – 2 manat 50 qəpik;
Armud - 3manat;
Qoz ləpəsi – 6 -14 manat;
Findıq ləpəsi  - 5- 7 manat;
Kişmiş -  3- 12  manat;
Turşu - 4- 10 manat;
Şabalıd - 5-8 manat;
Noxud – 1 manat 60 qəpik – 2 manat; 
Pustə - 9- 12 manat;
Qaysı - 5- 8 manat;
Quru əncir – 7 manat;
Quruu lobya - 2-4 manat; 
Xurma - 3- 6 manat;
Pomidor - 3-4 manat;
Xiyar - 2 manat;
Balıq - 6-7 manat.
 
Beləliklə, qiymətlərdən görünür ki, evində yaxşı  süfrə acıb, bayramı qeyd etmək istəyənlər əllərini əməlli-başlı ciblərinə salmalı olacaqlar.

Bazarda olduğumuz müddət ərzində alıcıların qiymətlərlə bağlı narazılığını dinləmək imkanımız da oldu.

Alıcı Güləfruz nənə dedi ki, bayramqabağı gəlib bazara nəsə alsın, amma hər şey bahadır ona görə. “Cibimizə uyğun deyil, heç nə ala bilmirik”.

Alıcı Nazilə xanım: “Lazım olan hər şeyi almışam, amma qiymətlər bahadır. Neyləyək, almağa məcburuq”.  

Satıcıların əksəriyyəti məhsulların qiymətlərinin  bahalığını  yer pullarının baha olması ilə izah etdilər və bununla özlərinə müəyyən qədər də haqq qazandırmağa çalışdılar.

 

 

 

 

 


Anar RÜSTƏMOV
Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir