Mübariz İbrahimovun yolu...
Erməni komandir Kamo Mübarizə belə cavab verdi:
– Onda mən də sənə bir həqiqəti deyim, Xocalı hadisəsinin iştirakçılarından biri də mənəm. ASALA-nın üzvüyəm. Sən mənimlə təkbətək döyüşə girəcəksən, eləmi?
Mübarizin gözü düşmənlərdəydi. Sağ və sol tərəfdən gələnlər açıq meşədə olduqlarından onları görürdü.
– Səni görmürəm, əsgərlərin arxasında gizlənmisən. Əlimlə öldürəcəyəm səni, güllə ilə yox!
Mübariz silahını hazırlayır, özünə mövqe seçir, həm sağ həm də sol tərəfə hədəf olmamaq üçün yerini rahatlayır.
Atəş açmağa başladır. İlk atışmada 20-ə yaxın ermənini yerə sərir. O elə atəş açırdı ki, ermənilərin güllələri bir-birinə dəyirdi.
Kamo 80 nəfərlik dəstəsinin 50-dən çoxunun öldüyünü görüb mərkəzdən təcili kömək istədi: “Bizə təcili əlavə qüvvə göndərin, bizi aldadıblar, mən elə bilirdim bir əsgərdir, amma üstümüzə sanki bir alay gəlib. Kömək edin”.
Ağdərədən göndərilən 100 nəfərlik dəstənin komandiri: “Kamo bizi aldadıb, bizə bir əsgər demişdi, amma 200-dən çox atəş açılır. Təcili kömək göndərin. Yüz nəfərlik dəstəmdən təxminən otuz nəfər qalıb, onları da məhv edəcəklər”.
Onları vəlvələyə salan əslində, özlərinin açdığı atəş səsləri idi. Mübariz strategiyanı elə qurmuşdu ki, ermənilər bir-birini qırırdılar. Hava qaralmışdı, Mübariz öz yerindən rahatlıqla erməniləri dənləyə bilirdi. Olduğu yeri dəyişmək lazım gəldi. O, sürüşə-sürüşə çıxıb, bir yüksəklikdə yer tutdu. Ermənilər heç nəyin fərqinə varmadan bir-birini qırmaqda davam edirdilər. 100 nəfərlik dəstədə cəmi 10, 80 nəfərlik dəstədə isə cəmi 15 erməni qalmış olardı. Mübarizin qartal gözləri baş verənləri diqqətlə izləyirdi. Atışma davam edirdi. Qəhrəmanımız olduğu yerdən rahatca Azərbaycan postuna keçə bilərdi. Amma onun niyyəti başqaydı, Kamonu ələ keçirmək istəyirdi
Azərbaycan postunda həyəcan siqnalı verildi. Taqım komandiri Tural Həsənov soruşdu:
– Mübariz İbrahimov hardadır? Tapın onu, şəxsi heyəti yığsın, məruzə etsin, atışma səslərini eşitmirsinizmi? Bu, kütləvi basqındır!
Həsənov bütün heyəti döyüş hazırlığına gətitdi, rəhbərliyə məruzə etdi, erməni tərəfi, döyüş gedən yer müşahidə altına alındı: sanki onlar bir-biri ilə döyüşürdü.
Hər kəs heyrət içindəydi.
Mübariz isə öz işindəydi. Hər şey istədiyi kimi gedirdi. O, rahatlıqla dəstənin arxasına, qoca erməni Radiklə komandir Kamonun olduğu yerə keçdi. Kamoya yaxınlaşıb silahını aldı.
Kamo:
– Sən kimsən? Mən komandirəm, sən mənim silahımı necə ala bilərsən?
Qoca:
– Azərbaycan əsgəri budur!
Mübariz:
– Demişdim axı, səni güllə ilə deyil, əlimlə öldürəcəyəm. Səndən komandir olar?! Heç zabit də əsgərlərinin arxasında gizlənərmi?
Kamo onu tanıyıb ayaqlarına düşərək yalvarmağa başladı. Mübariz onun silahı ilə sağ qalan 10-12 əsgəri də öldürdü. Atışma dayandı.
Radik:
– Mənim nəvəm də öldü, sənin günahın yoxdur, əsgər, bu dəfə mən kanalın içərisində öz nəvəmi ayaqladım.
Mübariz:
– Qoca, sənin nəvən ölməyib, demişdim axi sizin ikinizdən basqa hamısını öldürəcəyəm. Mən sənin nəvəni əlindən və ayağından yaraladım.
– Necə? Sən onu tanıyırsan ki?
– Sən demirdin arıq uşaqdır? Özü də sən onun arxasınca gəlirdin. Get o meyitlərin arasında yaralı olan var, o sənin nəvəndir.
Radik dəli kimi nəvəsini axtarmağa başladı.
Kamo isə yalvara–yalvara sürünürdü. Uçurumun başına çatanda getməyə yeri də qurtardı. O birdən ayağa qalxdı və Mübarizə təpik atmaq istədi. Mübariz onun ayağını havada yaxalayıb tək əliylə göydə saxladı.
– Kamo, sən demişdin Xocalıda qətl törədənlərdənsən, hə? Yox, təşkilatçılarından, eləmi? Bəs bilmirdinmi bir gün cavab verməli olacaqsan?!
Radikin bağırtısı gəldi: “Tapdım, tapdım, nəvəm sağdır”. O nəvəsinin qolunu boynuna keçirib, sürüyə-sürüyə gətirirdi. Mübariz bu səhnəyə baxırdı.
Radik gülə–gülə:
– Bir bax komandirə neyləmisən?
Mübariz Kamoya baxanda gördü ki, o, şalvarını batırıb. Mübarizin əlindən asılı qalan “komandir” özünü batırmışdı... Mübariz əlini buraxdı, Kamo uçurumdan aşağı düşüb tikə–tikə oldu.
Elə bu anda Mübarizə tərəf atəş açıldıi. O başını çevirəndə gördü ki, qoca erməninin kürəyindəki arıq nəvəsi əlindəki silahı ona tuşlayıb, Radik də “ara vur, birini də vur” deyə bağırdı. O ikinci atəşi də açdı, üçüncüdə baxdı ki, gülləsi qurtarıb.
Mübariz onlardan cəld tərpənib ikisini də yerə sərdi. O, Kamonun maşınına minib getmək istəyəndə Ağdərə tərəfdən bir neçə “Kamaz” dolu hərbçinin ona tərəfə hərəkət etdiyini gördü. Baxdı ki, ermənilərin tankları da hərəkətdədir.
Mübariz silahlarını nizamladı. Ölən erməni əsgərlərinin silahlarını ehtiyat kimi yanına yığdı, yeni gələn 300 nəfərdən çox erməniylə atışmağa başladı. Xeyli erməni əsgərini məhv etdi. O, gülləsinin tükənəcəyini görüb var gücünü topladı və ayaq üstə qalxdı. Hər iki əlindəki avtomatla atəş açaraq irəliləməyə başladı. Artıq bir neçə güllə yarası almışdı deyə, getdikcə gücdən düşdüyünü hiss edirdi. Onun gözünün önünə uşaqlığı gəldi. Atası, anası, qardaşları…
Atışma yerindən bir nida ucaldı:
“VƏTƏN SAĞ OLSUN!”
Bax, bu anı sözlə ifadə etmək sadəcə, mümkün deyil. Vətən torpağına bir fidan düşdü. İllər keçəcək, əsrlər ötüşəcək, torpağını namus bilən oğulların başında Mübarizin adı gələcək. Rahat uyu, şəhidim, cənnət öz qapılarını sənin üzünə taybatay açdı. Yolun yolumuzdur!
Mübariz gözlərini dünyaya əbədi olaraq yumdu.
Atəş kəsildi. Azərbaycan postunun taqım komandiri:
– Nə baş verir? Altı saatdır atışma gedir, bu səbəbsiz deyil. Deyəsən iki alay bir-birilə savaşırdı. Mübarizi tapmadınızmı? Səhər açılır. Tapın onu!
Çavuşların “yox” cavabından sonra o, Mübarizin ailəsi ilə əlaqə saxladı:
Atası Ağakərim İbrahimov:
– Yox. Nə baş verir?
– Sizin oğlunuz fərarilik eləyib. Döyüş sursatı ilə birlikdə yoxa çıxıb.
– Mənim oğlum fərarilik edə bilməz! Oğlumu axtarırsınızsa, gedin düşmən tərəfə baxın! – deyən Ağakərim kişi telefonu söndürdü.
Komandir Mübarizin dolabını açıb paltarlarına baxanda onun telefonunu və atasına yazdığı məktubu tapdı.
Komandir məktubu oxuyanda gözləri doldu və dedi:
– Axşamkı atışmanın səbəbi bəlli oldu. Şəxsi heyət toplansın!
O, Mübarizin atasına yazdığı məktubu şəxsi heyətin qarşısında da oxudu və son olaraq bunları dedi:
– Hər birimiz Mübariz kimi vətənpərvər olmalıyıq. İndi bildinizmi altı saatlıq atışmanın səbəbi nə imiş?!
Ermənistan mətbuatı səhəri gün erməni ordusundakı istefalardan yazdı. Müdafiə naziri Seyran Ohanyan iki generalı, səkkiz zabiti ordu sıralarından qovdu.
Azərbaycan prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Fərmanı ilə Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi (ölümündən sonra).
Təəssüf ki, düşmənlər öz iyrənc niyyətlərindən əl çəkməyərək Mübariz İbrahimovun meyitinin Azərbaycana verilməsini ləngitilər. Qəhrəmanın nəşi, ermənilərlə uzun çəkən danışıqlardan (iki ay) sonra alınıb, Vətən torpağında dəfn edildi.
Allah rəhmət eləsin!
Cəlaləddin Qasımov