Modern.az

“Digər hasilatçı ölkələrlə razılaşmanı imzalamağa hazırıq” - Nazir

 “Digər hasilatçı ölkələrlə razılaşmanı imzalamağa hazırıq”  - Nazir

16 Aprel 2016, 22:27

 

“Neft hasil edən ölkələr arasında  aprelin 17-də Dohada imzalanacaq razılaşma hasilat həcmini oktyabradək yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “TASS” agentliyinə deyib. 

“Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın”, - deyə Natiq Əliyev bildirib. 

“Azərbaycan Dohada digər hasilatçı ölkələrlə razılaşmanı imzalamağa hazırdır”, - deyə nazir qeyd edib.  

Neft hasil edən ölkələr arasında imzalanacaq razılaşmanın qaralaması neft hasilatının həcmini bu ilin oktyabrınadək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.  

Qeyd edək ki, Dohada neftə dair əldə olunacaq razılaşma “centlmen xarakterlidir”, qaralamada nəzarət mexanizmi öz əksini tapmayıb.  

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal