Dövlət Gömrük Komitəsi bu ilin ilk 3ayı ərzində ölkəyə daxil olan avtomobillərin statistikasını açıqlayıb.
Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən rəsmi məlumatda bildirilib ki, ölkəyə cəmi 1362 ədəd avtomobil gətirilib. Onlardan 19 ədədi sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri 1 235 ədəddir.
Bundan başqa, gətirilən avtomobillərin 97 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 11 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Gülşən RAUFQIZI