Modern.az

Neftlə bağlı yeni proqnoz – 30 dollar

Neftlə bağlı yeni proqnoz – 30 dollar

18 Aprel 2016, 15:18

Aparıcı analitik mərkəzlər Dohada neft ixracatçılarının uğursuz görüşündən sonra neftin 1 barelə görə 30 dollara düşəcəyini proqnozlaşdırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iqtisadçılar OPEK-ə daxil olmayan ölkələrin neftin hasilatını azaltmalı olacağını düşünür.  

“Bu çox neqativ hadisədir. Yaxın günlərdə neftin 1 bareli 30 dollara qədər ucuzlaşa bilər”- deyə  Natixis şirkətinin analitiki Abişek Delpand proqnoz verib.

UBS şirkətinin məlumatına görə isə neftin qısa müddətdə 30 dollara düşməsi ən real ssenaridir. Goldman Sachs investiya şirkəti isə bildirib ki, dünya bazarında 1-1,5 milyon barel artıq neft var və "qara qızıl”ın qiyməti 2016-cı ilin ikinci yarısında kəskin ucuzlaşmaqda davam edəcək.

Vüqar İsmayılov  


Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal