Aprel ayının 20-də Astara şəhərində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, mərasimdən sonra Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə görüş keçiriləcək.
Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.
Gülşən RAUFQIZI