Dünya bazarımnda bu səhər neft bahalaşıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Küveytdə neft sənayesi işçilərinin tətilə başlaması “qara qızıl”ın bahalaşmasına təkan verib.
Ölkədəki neftçilərin 40%-nin tətil elan etməsi nəticəsində Küveytin neft hasilatı 60% yaxud 1,7 milyon barel azalıb və sutkada 1,6 milyon barelə düşüb.
Nəticədə London birjasında Brent markalı neft 43,7 dollara qədər bahalaşıb. WTI markalı neft isə Nyu-York birjasında 40,45 dollara çatıb.
Vüqar İsmayılov