“İslam dövləti” (İŞİD) qruplaşmasının bütün Avropa boyunca kimyəvi və bioloji silahlardan isitfadə edərək genişmiqyaslı hücum planlaşdırdığı ehtimal olunur.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Londonda baş tutan beynəlxalq təhlükəsizlik konfrasında deyilib. Avropa Komissiyasının Terrorizmlə Mübarizə İdarəsinin rəis müavini Jorj Berto Silva İŞİD-in kimyəvi, biloji, radioloji və nüvə silahını əldə etməkdə maraqlı olduğunu deyib.NATO baş katibinin təhlükəsizlik məsələləri üzrə müavini Ceymi Şia “terrorçular kütləvi qırğın silahlarını ələ keçirməyə çalışır” – deyə proqnoz verib.
İŞİD-in Avropa çimərliklərində partlayışlar planlaşdırdığı, bombaların bədənə implant edilməsini müzakirə etdiyini konfrans iştirakçıları narahatlıqla qeyd ediblər.
Vüqar İsmayılov