ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın fikrincə, Rusiya daima digər ölkələri təxribata çəkir və sonra özünü təhqir olunmuş kimi göstərir. Modern.az bildirir ki, o, bu haqda “Die Presse”yə müsahibəsində deyib.
Olbraytın fikrincə, Rusiya Suriyada əməliyyatları yalnız dünya ictimaiyyətinin diqqətini Ukraynadan yayındırmaq və özünün Yaxın Şərqdə təsir imkanlarını artırmaq üçün başlayıb.
“Putinin əlindəki kartlar pisdir, ancaq o, onları kifayət qədər savadlı istifadə edir. Rusiya prezidenti bununla Avropa İttifaqını nüfuzdan salmaq və parçalamaq, eləcə də NATO-nu özünün təsir dairəsindən qovmaq istəyir”, - keçmiş dövlət katibi vurğulayıb.
Olbraytın iddiasınca, Putin ölkədə millətçiliyi ona görə dəstəkləyir ki, Rusiyanın sözün həqiqi mənasında nüvə arsenalı olan Banqladeşdən fərqli olmadığı faktını gizlətsin.
Modern.az