“Ümidvaram ki, “Turizm haqqında” qanun qəbul edildikdən sonra turizm sahəsində mövcud olan xidmət problemləri də aradan qalxacaq. Hazırda müzakirə olunan qanun layihəsində turizmdə təhsil maddəsi də var”.
Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Deputat bildirib ki, ölkədə turizm təhsili ilə bağlı tədris müəssisələri də fəaliyyət göstərir. Yeni qanunda xidmət sahəsində olan şəxslərin peşəkarlıq məsələsi də nəzərdə tutulub:
“Bizdə bu gün turizm təhsili ilə Turizm və Menecment İnstitutu, Qəbələ və Mingəçevirdə isə turizm peşə məktəbləri var. “Turizm haqqında” qanun layihəsində turizmin xidmət sahəsində çalışanların peşəkarlığının artırılması məsələsi də nəzərdə tutulub.
Qanun qəbul edilib işlək mexanizmə gəldikdən sonra turizm servisi sahəsində olan boşluqlar və problemlər həllini tapacaq”.
Ağa AKİFOĞLU