Modern.az

Braziliyada Olimpiada üçün tikilən velosiped yolu çökdü: Ölənlər var

  Braziliyada Olimpiada üçün tikilən velosiped yolu çökdü:  Ölənlər var

21 Aprel 2016, 21:31

 

Rio-de-Janeyroda 2016-cı ildə keçiriləcək Olimpiada üçün 10 metr hündürlükdə tikilən “Tim Mayya” velosiped yolu dağılıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, 50 metrlik ərazinin çökməsi nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb. Yolun çökməsi zamanı bir neçə nəfər sahilyanı qayaların üstünə düşüb, bundan sonra su onları açıq dənizə aparıb. Üç nəfər isə dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

“Tim Mayya” velosiped yolu bu ilin yanvaq ayında açılıb. Onun uzunluğu 4 kilometrdir.  


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər