Modern.az

Polisin iştirakı ilə ağır qəza: 2 ölü, 12 yaralı

Polisin iştirakı ilə ağır qəza: 2 ölü, 12 yaralı

Ölkə

24 Aprel 2016, 08:01

İmişli rayonu ərazisində polis əməkdaşının iştirakı ilə ağır yol qəzası baş verib. Modern.azsaytı  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb. Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər dünyasını dəyişib. Onlardan biri Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğludur. 

Hadisə nəticəsində ölən ikinci sürücü isə “Mercedes” markalı minik avtomobilinin sürücüsü  İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1972-ci il təvəllüdlü Musayev Rabil Hizbullah oğludur. Qeyd edək ki, qəza nəticəsində 2 nəfər ölüb, 12 sərnişin xəsarət alıb.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi