Modern.az

Neftin qiyməti yenə 45 dollardan aşağı düşdü

Neftin qiyməti yenə 45 dollardan aşağı düşdü

3 May 2016, 22:07

 

Dünya bazarında neftin qiyməti 45 dollardan aşağı düşüb. Modern.az saytı “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, London əmtəə birjasında “Brent” markalı neftin 1 bareli 1,02 dollar və yaxud 2,23% ucuzlaşaraq 44,81 dollara satılıb.

 

Nyu-York birjasında isə “WTI” markalı neftin hər bareli 1,19 dollar və yaxud 2,66% dəyər itirərək 43,59 dollara realizə edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal