Modern.az

Kiçik kənddə intihar epidemiysı

Kiçik kənddə intihar epidemiysı

Dünya

7 May 2016, 21:00

Hindistanın Madhya-Pradeş ştatındakı kiçik Badi kəndi bədbəxtliyə düçar olub. Modern.az xarici mediaya istinadən bildirir ki, 2016-cı ilin əvvəlindən burada 80 intihar hadisəsi qeydə alınıb.

Yerli sakinlər baş verənləri cinlərin burada dolaşması ilə izah edirlər, amma alimlər hesab edirlər ki, pestisidlərin tətbiqi fəlakətə səbəb olur.

Məlumatda qeyd edilir ki, son 20 ildə Badidə 350 nəfərin özünü könüllü həyatdan məhrum etməsi faktı qeydə alınıb. Hazırda kənndə 2,5 min adam yaşayır.

Kəndin başçısı da baş verənlərə görə cinləri günahlandırır. Ancaq iddia etməyə belə bir əsas var ki, yerli sakinlərin əhval-ruhiyyəsinə əkin-biçin zamanı istifadə olunan pestisidlər mənfi təsir göstərir. Bu versiyanı psixoloq Srikanth Reddi də istisna etməyib. Onun sözlərinə görə, kimyəvi maddələrin təsiri nəticəsində insan orqanizmində depressiya inkişaf edə bilər, bu hətta şizofreniya ilə də nəticələnər.

İntihar epidemiyasının qarşısını almaqdan ötrü kənddə spitrli içkilərin qəbulu qadağan edilib. Amma bu qadağa sakinlərin spirtli içki üçün qonşu yaşayış məntəqələrinə axınına səbəb olub.

Badi kəndinin daxil olduğu Kxarqon dairəsi Hindistanda ən kasıb regionlar siyahısına daxil edilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər