Dövlət Duması dövlət qulluqçuları və yerli özünüidarəetmə xidmətçilərinin pensiya yaşlarının artırılması haqda qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, sənədə görə bu kateqoriyalardan olan vətəndaşlar üçün pensiyaya çıxacaq kişilərin yaşı 65-ə, qadınlarınkı isə 63-ə çatana qədər ildə 6 ay artırılacaq.
Rusiyada hazırda kişilər 60, qadınlar 55 yaşdan pensiyaya çıxırlar. Bundan başqa, layihədə dövlət xidmətçilərinin minimal stajı 15-dən 20-yə qədər artırılır. O uzun müddət xidmətə görə pensiya təyinatı üçün hüquq verir və onun məbləğini müəyyənləşdirir. Bundan əlavə sənəddə dövlət mülki xidmətində olmaq həddi 60 yaşdan 65-ə qaldırılır.
Aprel ayında Maliyyə Nazirliyi bütün rusiyalıların pensiya yaşının kişilər üçün 65-ə, qadınlar üçün isə addım-addım – ildə 6-12 ay artırılmasını təklif edib.
Modern.az