Modern.az

Dünyanın ən bahalı futbol klubları  - SİYAHI

Dünyanın ən bahalı futbol klubları  - SİYAHI

11 May 2016, 23:30

Madrid “Real”ı “Forbes” jurnalının versiyasına görə, dördüncü il dalbadal dünyanın ən varlı futboil klubu kimi tanınıb. Modern.az xarici mediaya istinadən bildirir ki, “Kral klubu”nun dəyəri 3,65 milyard dollar qiymətləndirilir. İiknici sırada 3,56 milyard dollarla  “Barselona”, onun ardınca 3,32 milyard dollarla “Mançester Yunayted”dir.

İlk onluğa Münhenin “Bavariya” (2,68 milyard), Londonun “Arsenal” (2,02), “Mançester Siti” (1,92), Londonun “Çelsi” ( 1,66), “Liverpul” (1,55), Turinin “Yuventus” (1,3) və Londonun “Tottenhem” (1,02) daxil olublar.

İkinci onluqda 836 milyon dollarla Dortmundun “Borrusiya” klubudur. Onun ardınca “Milan” (825 milyon), Parisin PSJ (814), Almaniyanın “Şalke” (655), Madridin “Atletiko” (633), Milanın “İnter” (559), İngiltərənin “Vest Hem” (542), İtaliyanın “Roma” (508) və “Napoli” (396)  və İngiltərənin “Nyukasl” (383) gəlir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər