Dövlət Gömrük Komitəsinin əməkdaşları qanunsuz siqaret dövriyyəsilə məşğul olan daha bir şəxsi saxlayıblar.
Komitənin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşından Belarus Respublikasının aksiz markası ilə markalanan 26600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Gülşən RAUFQIZI