Modern.az

Fransanın dövlət katibi Bakı və Yerevana Qarabağ TƏKLİFİ gətirdi

Fransanın dövlət katibi Bakı və Yerevana Qarabağ TƏKLİFİ gətirdi

Ölkə

25 Aprel 2016, 16:57

Sənəddə iki əsas element var


Fransa hökuməti və prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlaqıları müraciəti Bakı və Yerevana göndəriblər.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, müraciəti ilk olaraq Yerevana aparan Fransanın Avropa Məsələləri üzrə dövlət katibi Arlem Dezir sonradan həmin sənədi Bakıya gətirəcək.

“Mən Fransa hökuməti və prezidenti adından buradayam və atəşkəsin əldə olunması, sülh danışıqlarının başlanması barədə müraciət gətirmişəm”- deyə o, Yerevanda bildirib.

Fransalı nazir sabah müracəiti Baklya gətirəcəyini də əlavə edib.

“Müraciətdə 2 əsas element var: nəzarət mexanizminin yaradılması və tərəflərin güc tətbiqindən vaz keçməsi” .

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi