Modern.az

İŞİD-in Britaniya, Almaniya və İtaliyada gizli özəkləri var – İDDİA

 İŞİD-in Britaniya, Almaniya və İtaliyada gizli özəkləri var  – İDDİA

Dünya

26 Aprel 2016, 21:56

 

ABŞ Milli kəşfiyyatının rəhbəri Ceyms Klepper İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Böyük Britaniya, Almaniya və İtaliyada gizli özəklərinin olması haqda xəbərdarlıq edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Klepper bəyan edib ki, Vaşinqtonda adı çəkilən ölkələrdə vətəndaşların İŞİD sıralarına qoşulmasını təşkil edən həmin gizli özəklərlə bağlı məlumatlar var.

O, eyni zamanda qeyd edib ki, İŞİD-in həmin özəkləri ilə bağlı ABŞ Avropadakı müttəfiqlərinə kəşfiyyat məlumatlarını çatdırır. 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər