Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı, şəhid atası Əbdül Məmmədov dünyasını dəyişib.
Modern.az saytının məlumatına görə, bu haqda ADP funksioneri Həsrət Rüstəmov məlumat bildirib.“Cox üzüçü bir xəbər aldım. Şəhid atası, qazi, könüllü müdafiə batalyonunun sabiq komandiri Əbdül Məmmədov bu gün Allahın dərgahına qovuşub”-deyə o qeyd edib.
Əbdül Məmmədovun beyin iflicindən öldüyü bildirilir.
Birinci Qarabağ müharibəsinin qazisi, birinci qrup Qarabağ əlili, 25 ilə yaxındır ki, yataq xəstəsi olan Əbdül Məmmədovun mayor oğlu Rasim Məmmədov 3 aprel 2016-cı il tarixində Lələtəpə yüksəyliyinin alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.
Allah rəhmət eləsin!
Modern.az