Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva anası, mərhum akademik Zərifə Əliyevanın ad günü haqda xatirəsini bölüşüb. Modern.az-ın məlumatına görə, Sevil xanım bildirib:
“Bizim ailə üçün ən xoşbəxt gün Anamızın ad günüdür - 28 aprel! Bu gün ən gözəl, ən müdrik, ən xeyirxah xanımın dünyaya gələn günüdür.
O, mənim üçün həmişə var, olub və olacaq, həyat yolumu işıqlandıran, yol göstərən bir parlaq ulduz kimi!”.
Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.
O, həm də “Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir.
Modern.az