“And içirəm ki, ermənilərin yanlış basqılarına qətiyyən boyun əyməyəcəyəm. Qaldı ki, erməniləri muxtariyyətə aparacaq bir islahatı qəbul etməyə, bunu ölsəm də, etməyəcəyəm”.
Sultan II Əbdülhəmid
Erməniləri dünya gündəminə gətirən San-Stefano
1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsi türk xalqları üçün faciəli bir nəticə gətirsə də, slavyanlar və Osmanlı səltənətindən çıxan dövlətlər üçün müstəqillik sevinci idi. II Aleksandr isə tək deyildi. Çarın güclü siyasəti nəticəsində bir sıra xalqlar fürsətdən istifadə edərək Osmanlını arxadan bıçaqlamağa başladılar. Təbii ki, bu baxış Osmanlı tərəfindən ola bilər, axı Balkan xalqları öz müstəqillikləri üçün savaş aparırdılar... Lakin bu savaş rus ordusu ilə birlikdə aparılırdı. Əslinə qalsa, müharibə Rusiya-Osmanlı arasında deyil, Rusiya, Serbiya, Monteneqro, Bolqarıstan, Rumıniya birləşmiş qüvvələri ilə Osmanlı arasında gedirdi. Müharibənin sonunda bağlanan San-Stefano (Yaşılköy) sülh müqaviləsi Osmanlının bağladığı ən ağır şərtli müqavilələrdən idi. Bu sazişin fərqliliyi onda idi ki, ilk dəfə burada erməni məsələsi beynəlxalq səviyyəyə çıxdı. San-Stefano sülh müqaviləsinin 16-cı maddəsində tarixdə ilk olaraq “Ermənistan” adı işlənib. Həmin maddəyə diqqət edək: “Ermənistandan Rusiya əsgərinin istilası altında olub Osmanlı dövlətinə verilməsi gərəkən yerlərin boşaldılması, həmin ərazilərdə iki dövlət arasındakı dost münasibətlərinə zərər yetirə bilər. Ona görə də Osmanlı ermənilərin yaşadığı vilayətlərdə məhəlli mənfəətlərin məcbur etdiyi islahatları geciktirmədən aparmağı, ermənilərin kürd və çərkəzlərə qarşı təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür.”
Bu maddənin sülh müqaviləsinə daxil olmasının da maraqlı tarixi var. Süleyman Demirel Universiteti Dil və Ədəbiyyat fakültəsi Sosial Elmlər jurnalında Prof. Dr. Bayram Kodaman “II Əbdülhəmid və kürdlər-ermənilər” adlı elmi məqaləsində yazır ki, rus orduları San-Stefanoya qədər irəlilədikdə erməni patriki Nerses Varjabedyan rus komandiri Qrand Nikolayın qərargahına gedib ondan Şərqi Anadoluda yaşayan ermənilər üçün avtonom idarə istəyib. Muxtariyyət həvəsinə düşən erməni N.Varjabedyan “islahatlar” adı altındakı həmin maddəni sülh müqaviləsinə daxil etdirməyi bacarıb. Yəni ermənilər gizli işlər nəticəsində öz istəklərinə nail olmağa can atıblar. Bəs bunlar kimin oyunları idi? Əlbəttə ki, Rusiya və “sülhməramlı” imperialist dövlətlərin! İmperator II Aleksandr Balkan xalqlarını müstəqilliyə dəvət edirdi və istədiyi oldu. Təbii ki, bu vəziyyətə də tamah salan ermənilər illərdir tərkibində olduğu Osmanlıya arxa çevirməyə başladılar. Buradan belə nəticə çıxır ki, erməni xalqı daim onlara insanca davranmış birliklərə xəyanət edib, “beyinlərini dolduran” qüvvələrin sözü ilə oturub-duraraq öz istəkləri üçün hər cür yola əl atıblar.
İnsanlığın nə olduğunu ermənilərə göstərən ilk millət: Türklər
Türkiyəli tarixçi Seyfulla Arpaçı yazılarında qeyd edir ki, ermənilər tarix boyu bir sıra dövlətlərin hakimiyyəti altında yaşayıblar. Bunların sırasında Makedoniya, Selevkilər, Roma imperiyasi, Sasanilər, Ərəblər və digərləri var. Bizans imperatorluğunun zülm dolu əsarətində yaşayan ermənilərə ilk dəfə insan kimi yaşamaq haqqını məhz Səlcuq türkləri veriblər. Təkcə bu fakt onu sübut edir ki, xainlik xisləti əsrlər keçsə də insanın içində yaşayır, göyərir və günü gəldiyində mütləq özünü büruzə verir. Bəzi baxışlar ermənilərlə türklərin ilk tanışlığını 1071-ci il Malazgird döyüşündən sonraya aid edirlər. Çünki bu döyüş nəticəsində Səlcuq dövləti Alp Arslanın başçılığı ilə Anadolunu ələ keçirib Bizansın yeritdiyi “millət istismarı” siyasətindən əziyyət çəkən xalqlara türk humanistliyini göstərib. Onların arasında olan ermənilərsə, təəssüf ki, bu humanistliyin qədrini bilməyiblər. İlk illər hər şey tam başqa olub. Ermənilər türk dövlətləri ilə əvvəllər yaxşı yola gedib. Yola gedib deyərkən bunun səbəbini də izah etmək olar. Uzun müddət Roma imperiyası, farslar və Bizansın buradan-oraya sürgün etdiyi, bir məkanda yaşamağa icazə vermədiyi, faydalarını yalnızca döyüşlərdə hərbi qüvvə olaraq gördüyü ermənilər birdən-birə rahat bir həyat görməyə başlamışdılar. Böyük Səlcuq imperiyası öz yerini Osmanlıya verdiyində də ermənilərin azadlığı və insan kimi yaşama haqqı əllərindən alınmadı. Dövləti-Aliyyənin (Osmanlının tarixi mənbələrdəki digər adı) sultanları, xüsusən də, Fateh Sultan II Mehmet erməni xalqına böyük bir mərhəmət göstərib, hər zaman onları faydalı işlərə cəlb etmək üçün çalışıb. Fateh onlara vicdan, din və sosial azadlıq verərək, hətta dini və sosialfəaliyyətlərini rahat şəkildə həyata keçirə bilsinlər deyə erməni patrikliyinin qurulmasını da əmr edib. S.Arpaçı orta əsrlərdən XIX əsrin sonlarına qədər olan dövrü yaşam keyfiyyətləri baxımından “ermənilərin qızıl əsri” adlandırır. Erməni nümayəndələri Osmanlının ədəbiyyat, musiqi, memarlıq, incəsənət kimi sahələrində işləyir, hətta bəziləri saray vəzifələrinə qədər yüksələrək nazir (vəzir) belə olurdular. Bu sülh dolu yaşayış San-Stefanoya qədər davam edir. “93 Hərbi”nin (1877-1878) sonunda ermənilər Rusiyadan xahiş edirlər ki, II Aleksandr öz ordularını onların yaşadığı Şərqi Anadoludan çıxarmasın. Belə ki, ermənilər onlara əsrlərdir ədalət göstərən türklərdən çox ruslara güvənirdilər. Rusiya isə Şərqi Anadoluda Ermənistan adında müstəqil bir dövlətin qurulmağını qətiyyən istəmirdi. Əlbəttə, bu imperatora o baxımdan sərf etmirdi ki, Rusiya ərazisində çox sayda erməni yaşayırdı və müstəqil dövlət qurulsaydı, onlar da “Ermənistan”a qaçacaqdılar. Ona görə də sülh müqaviləsinə maddəni öz işinə yarayan şəkildə: “ermənilərin yaşadığı torpaqlarda islahatlar aparmaq” formasında qoydu.
San-Stefanodan Berlinə uzanan erməni körpüsü
San-Stefanodan sonra Berlin Konqresinin baş tutacağını öyrənən Nerses Varjabedyan yenidən öz fəaliyyətinə başlayaraq Böyük Britanayadan ehtiyat edib və Rusiyaya olan inamı zəifləyib. Bu səbəbdən də həm oradan (Rusiya), həm də buradan (Böyük Britaniya) işini sağlam tutmaq üçün bu dəfə də ingilis səfiri Layardla əlaqə yaradaraq Böyük Britaniyaya da Ermənistan dövlətinin qurulmasına dəstək haqqında söz verdirib.
Bu səbəbdən Berlin Konqresində də həmin proses eynən davam edərək oxşar vəziyyət konqresin 61-ci maddəsində öz əksini tapdı. Bununla da Qərb dövlətləri Osmanlının daxili siyasətinə qarışaraq erməniləri “maşa” kimi istifadə etməyi qarşısına məqsəd qoyub imperiyanı parçalamağa çalışırdı. Berlin Konqresinin San-Stefanonun 16-cı maddəsini müdafiə edən 61-ci maddəsində qeyd edilirdi ki, “Osmanlı höküməti əhalisi ermənilərdən ibarət olan əyalətlərdə məhəlli ehtiyacların gərəkdirdiyi islahatı aparmağa, ermənilərin kürd və çərkəzlərə qarşı hüzur və təhlükəsizliklərini qorumağa dair söz verir. Bu barədə görüləcək tədbirlər dövlətlərə bildiriləcək və bu dövlətlər həmin islahatların həyata keçirilməsinə nəzarət edəcəklər.” Prof. Dr. Bayram Kodamanın elmi məqaləsində yazılır ki, bu işin kökü hələ 1815-ci il Vyana Konqresinə gedib çıxır. Vyanada ortalığa atılan Şərq məsələsinin 2-ci maddəsi məhz ermənilərlə bağlı olub, “Şərqi Anadoludakı altı vilayətdə (Vilayət-i-Sittə) əvvəla islahat, daha sonra muxtar bölgə, yaxud müstəqil Ermənistan dövləti qurulmasına dair, xüsusən, Rusiya və Böyük Britaniyanın ermənilərə söz verməsi” formasında əsas tapıb.
Erməni hiyləsinə aldanmaq istəməyən imperator
Sultan II Əbdülhəmid başa düşürdü ki, bunlar bir oyundur. Ermənilərin tarix boyu qurduqları “Böyük Ermənistan” xülyası üçün növbəti addım atmağa hazırlaşdığını başa düşən Sultan bilirdi ki, onlara yönəlmiş islahatlar aparsa, bu, yavaş-yavaş ermənilərin muxtariyyət istəməyinə və sonda müstəqil dövlət qurmaqlarına səbəb olacaq. Ona görə də hər iki sülh müqaviləsində olan maddələrə ciddi olaraq riayət etmirdi.Atatürk Araşdırmalar Mərkəzinin rəsmi saytı olan “atam.gov.tr”-dəki bir yazıda oxuyuruq ki, 1894-cü ildə Sultan II Əbdülhəmid Almaniya səfiri Prins de Radolenə belə deyib: “And içirəm ki, ermənilərin yanlış basqılarına qətiyyən boyun əyməyəcəyəm. Qaldı ki, erməniləri muxtariyyətə aparacaq bir islahatı qəbul etməyə, bunu ölsəm də, etməyəcəyəm”.
Xain məqsədi üçün yola çıxan millət
Ermənilər güclü propaqandalara başlayıb özlərini “türklər tərəfindən əzilən xalq” adlandırırdılar. Hətta onlar iddia edirdilər ki, Osmanlı ermənilərin Anadoludakı hakimiyyətlərini zor gücü ilə əlindən alıb. Avropa və Rusiyanın dəstəyi ilə yaradılan həmin “küyçü” komitə və kilsələr öz məqsədlərinə nail olaraq bu məsələyə səssiz qalan erməniləri də ayağa qaldırmış, türkləri onların “azadlıq əngəli” olduğuna inandırmışdılar. Yalnız vəziyyət o yerə gəlib çatdı ki, ermənilər imperiya ərazisində üsyanlar tüğyanı başlatdılar. Ərzurumda başlayan erməni üsyanı yavaş-yavaş Qumqapı, Kayseri, Yozqat, Çorum, Merzifon, I Sason, II Sason, Bab-i-Əli, Van və digərhadisələr formasında özünü göstərdi. Bunlardan biri də Osmanlı Bankına olan hücum idi. O dövrdə dünya iqtisadiyyatında önəmli yerə malik bank Erməni İnqilab Federasiyasının cəhdi ilə ağır vəziyyət yaşadı. Karekin Basdırmaçıyanın planlaşdırdığı olayın mahiyyəti Avropa və Rusiyaya bu hadisədən sonra Osmanlıya müdaxilə etmələrinə rahat şərait yaratmaq idi. 1896-cı ilin 26 avqustunda, saat 13:00 radələrində Papken Siuninin başçılığı ilə 26 erməni bomba, dinamit və tapançalarla bankın Mərkəzi Şöbəsinə basqın etdi. Bank mühafizləri basqının ilk dəqiqələrində Papken də daxil olmaqla doqquz ermənini öldürüncə Karekin üsyançıbaşı oldu. Bank müdiri ser Edqar Vinsent çıxılmaz vəziyyətdə qalaraq paytaxtdakı Rusiya səfirliyinə müraciət edib onlardan bu üsyanı yatırtmaqda kömək istədi. Rusiya səfirliyi erməniləri himayəyə götürərək tərcüməçi Maksimovu (tərcüməçi erməni əsilli olub) “əmin-amanlığı bərpa etmək” məqsədilə danışığa göndərdi. Maksimov ilə Ulduz sarayı arasında belə bir razılığa gəlindi ki, üsyançılar basqını dayandırsalar, ölkəni təhlükəsiz bir şəraitdə heç bir zərər görmədən tərk etmələrinə icazə veriləcək. İstədikləri “səs-küy”ə nail olan ermənilər bununla razılaşıb elə ser Edqarın gəmisi ilə Fransanın Marsel şəhərinə getdilər. Yazıda həmin üsyançıların Marseldə çəkdirdikləri ağ-qara bir foto da verilib. 1908-ci ildə II Əbdülhəmidin taxtdan düşməsi dövründə üsyançıbaşı və planın qurucusu Basdırmaçıyan isə xarici qüvvələrə köləliyini davam etdirərək İstanbula gəlib 1908-1912-ci illərdə Ərzurumun millət vəkili vəzifəsində çalışıb. 1915-ci il Van hadisələrində də yaxından iştirak edən Karekin 1918-ci ildə ermənilərin ABŞ səfiri təyin olunub.
Həmçinin Atatürk Araşdırmalar Mərkəzindəki yazıda qeyd olunur ki, 1896-cı ildə Sultan II Əbdülhəmid üsyançılara heç vaxt boyun əyməyəcəyini Armin Vamberiyə bu şəkildə bildirib: “Serbiya, Yunanıstan, Rumıniya və Misiri Avropa bizdən alaraq əllərimizi və ayaqlarımızı kəsdi, Osmanlı isə buna səssiz qaldı. Lakin indi də bir erməni məsələsi yaradıb bağrımızı deşmək istəyirsiniz, baxın, buna səssiz qalmayacağıq. Çünki özümüzü qorumaq məcburiyyətindəyik və qoruyacağıq da”.
Üsyançılarla mübarizə: Həmidiyyə alayları
Sultan II Əbdülhəmid tədbiri qətiyyən əldən qoymayaraq bu üsyanların qarşısını almaq üçün tez bir zamanda “Həmidiyyə alayları” adı altında hərbi birlik yaratdı. Prof. Dr. Bayram Kodaman yazır: “Həmidiyyə alayları ermənilərin pay iddiası etdiyi Şərqi Anadolu bölgəsinin imperiya sərhədləri daxilində qalması üçün erməni silahlı birləşmələrinə qarşı yaradılmış paramilitar qruplar idi. Bu qrupların yaradılmasında, xüsusilə, Şərqi Anadoludakı kürd tayfalarından istifadə olunmuşdu.”
Həmin alayların yaradılmasından sonra üsyançı ermənilər aradan götürülməyə başlandı. Bu, imperiyanın və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hökümətin atdığı doğru və təbii bir addım idi. 1894-1896-cı illərdə Osmanlı imperiyası 80.000-300.000 aralığında ermənini öldürüb. Bu olaydan sonra xarici ölkələrin jurnalistikası müsəlmanları, xüsusilə də, Sultan II Əbdülhəmidi “vəhşi” adlandırmağa başladılar. Bayraqdar Fransa mətbuatı olmaqla Avropa mətbuat orqanları II Əbdülhəmidə qarşı qatı propaqandaya start verib. Xarici mətbuatda Sultanın “Qızıl Sultan”, yaxud “Qanlı Sultan” başlığı ilə cürbəcür yalan və iyrənc təbliğat karikaturaları yayınlanırdı. Onlardan bəzilərini yazıda yerləşdirmişik. Lakin bunların hamısı İslam Xəlifəsinə (I Səlimdən bəri Osmanlı sultanları həm də İslam Xəlifəsi titulu daşıyırdılar) qarşı aparılan qatı təbliğat idi. Hətta özünün “qaniçən” kimi tanıdılmasına dözə bilməyən Əbdülhəmid təhlükəsizlik baxımından yalnızca üsyançıları öldürdüyünü, bunu ermənilərə qərəzli şəkildə etmədiyini həmişə vurğulayıb.
Əsl qırğın və onun arxasında dayananlar
Türkiyə mətbuatından Prof. Dr. Bayram Kodamanın “Dünəndən bugünə erməni macərası” konfransındakı çıxışından oxuyuruq ki, 1894-1915-ci illərdə ermənilər Anadolunun kəndlərində bir milyon türkü qırıblar. Amma “nədənsə”, heç bu olayları xarici mətbuatda, adətən, soyqırım kimi görmürük. B.Kodaman həmçinin bu üsyanların əsas başçılarının ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya olduğuna işarə edib. Bəlkə də, xarici ölkələrin ermənilərə verdiyi “cəsarət” olmasaydı, onlar belə iş tutmazdılar.Bundan əlavə professor qeyd edib ki, Osmanlı əleyhinə erməniləri “bizləyənlər”lə PKK terror qrupunun arxasında dayananlar eynidirlər. Elə Sultan da bu üsyanların “ipinin” xaricdən çəkildiyini bilirdi. II Əbdülhəmidin xatirələrindən bir hissəyə diqqət edək: “Erməni məsələsi ermənilərin məsələsi deyil. Rahat bir ürəklə deyə bilərəm ki, erməni milləti Osmanlını ən yaxşı mənimsəmiş, dövlətin yolunda çalışmış millətlərdəndir. Onların bizdən heç bir şikayəti yoxdur. Fəqət Rusiya Bolqarıstanın üzərindəki əməllərə nail olunca Osmanlı imperiyasından yeni bir parça qoparmaq üçün erməniləri barmağına doladı. Göndərdikləri agentlər sayəsində ilk olaraq keşişlər və müəllimləri ələ alıb, sonra da macəra düşgünü erməniləri bizim əleyhimizə qaldırdılar. Çox keçmədən bu burulğana Fransa və İngiltərə də qatıldı. Onlar da Osmanlıdan qoparılacaq parçada söz sahibi olmaq istəyirdilər. Mən fitnənin qarşısını almaq, Osmanlıların yanlış yollara düşməməsindən ötrü əlimdən gələni etdim. Bir tərəfdən özlərinə şəfqətlə davranıb, digər tərəfdən də katolik və provaslav ermənilər arasındakı anlaşılmazlıqdan istifadə etdim. Fransa katolikləri himayə edir, Rusiya isə provaslavları qoruyurdu. Mən bəzən birini, bəzən də digərinə tərəf çıxaraq, həmçinin hər birinin Osmanlı rəiyyəti olduğunu unutmayaraq, təhriklərin qarşısını almağa çalışdım. Onlar əvvəlcə bir-birlərini qırıb, sonra müsəlman əhaliyə hücum etdilər.
Bu oyunu mən də, dünya da bilir. Bu cür oyunlar Bolqarıstanda sınanmış və nəticədə Bolqarıstana muxtariyyət adı altında müstəqillik verilmişdi. Onun üçün də hərbi qüvvələr vasitəsilə erməni-müsəlman qırğınının qarşısını almaq istədim. Çünki ermənilərin istəyi müsəlmanları qıcıqlandırıb öz üstlərinə qaldırmaq, sonra da dünyaya səs salmaq idi. Bundan sonra da Avropa işə qarışacaq, iki millətin bir arada yaşaya bilmədiyini göstərib muxtariyyət istəyəcəkdi...”.
Sultanın xatirələrinin əvvəlində ermənilərə rəğbət hiss etsək də, başqa bir baxışla buna baxa bilərik. Düşünək ki, ermənilərə insanlıq haqqını türklər verib, onlara hər cür mərhəmət göstərib və bunlara görə də Sultan və əksər tarixçilər həmin məsələdə ermənilərdən çox Avropa və Rusiyanı günahlandırırdılar. Daha doğrusu belə bir xainliyə inana bilmirdilər. Lakin hər hali-karda erməni xəyanətkar xisləti özünü göstərmişdi. Ermənilər və Əbdülhəmid arasındakı konfliktin son həddi isə “Ulduz”da yaşandı.
(ardı var...)
Nurlan Ağa
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin
III kurs tələbəsi