Bu ilin aprel ayında Neft İxracatçısı Ölkələrin Təşkilatı (OPEC) neft hasilatını sutkada 484 min barel artıraraq 33,217 mln. barelə çatdırıb. Modern.az saytı “APA”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” xəbər verib.
Qeyd olunur ki, bu, 1989-cu ildən bəri ən böyük aylıq artımdır. Brent markalı neft aprelin ayının əvvəlindən 22%, WTI markalı neft isə 21% bahalaşıb. Bu, 2015-ci ilin aprel ayından etibarən ay ərzində rekord artımdır.
Modern.az