Modern.az

Azərbaycanlı jurnalist ABŞ Dövlət Departamentində erməniləri ifşa etdi - Eksklüziv, fotolar

 Azərbaycanlı jurnalist ABŞ Dövlət Departamentində erməniləri ifşa etdi  - Eksklüziv, fotolar

30 Aprel 2016, 01:20

 

Azərbaycanlı jurnalist Qənirə Ataşova  ermənilərin son iki gündə cəbhədə fəallaşmasını və mülki insanlarımızı qətlə yetirməsini sübut edən şəkilləri ABŞ Dövlət Departamentində nümayiş etdirib. Modern.az saytı xəbər verir ki, Qənirə Ataşova  bu addımı ABŞ Dövlət Departamentində keçirilən ənənəvi mətbuat konfransı zamanı atıb.

Bütün dünyanın canlı  izlədiyi bu mətbuat konfransı  həm də siyasi  çəkisinə görə vacibdir. Belə ki, burada cavabla yanaşı,  sual da çox önəm daşıyır. Yəni ABŞ rəsmilərinə verilən sualın ölkənin problemini əks  etdirməsi vacibdir.

Qənirə Ataşova  isə Amerikanın  diqqətini məhz bu  yolla  Azərbaycan insanlarının yaşadığı problemə yönəltməyi bacarıb. Şəkilləri görən ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner jurnalistdən “bu  şəkilllər ermənilərin hücumunu göstərir?”-, deyə soruşub.

Qənirə Ataşova isə cavabında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə  aldığını bir daha vurğulayıb.

 

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi