Modern.az

29 yaşlı xanımın köməyə ehtiyacı var

29 yaşlı xanımın köməyə ehtiyacı var

2 May 2016, 21:40

29 yaşlı  Aynurə Əliyevanın köməyə ehtiyacı var.

Modern.az saytına ünvanlanan müraciətdə deyilir ki, 10 ildir   yataq xəstəsi olan bu xanım 2007- ci ildə evlərinin balkonundan yıxılıb. Qəza nəticəsində onurğası zədələnib.  

Elə o ildən indiyədək yatağa bağlı yaşayır. Uzun illərdir müalicə alır. Müxtəlif ölkələrdə, İran, Ukrayna, Türkiyədə müalicə alsa da yeriməsi mümkün olmayıb. Artıq Aynurə yeriməyə ümid etmir. İndi onun daha ciddi problemi var. Gənc qadın ölümlə üz-üzədir. Həkim ona 1 ay möhlət qoyub.  

Aynurə başına gələnləri belə danışıb.  

"Yataq xəstəsiyəm, illərdir. O qədər arxası üstə yatdım, ən sonunda belimdə yara əmələ gəldi. Yara günü- gündən böyüdü. İndi belimdə böyük oyuq əmələ gəlib. O qədər böyüyüb ki sümüklərim görsənir. Mərkəzi Klinikada dedilər ki, sümüyündə çürümə başlayıb. 1 aya əməliyyat olmasan səni qurtara bilməyəcəyik".  

Aynurə həyatını güclü ağrıkəsicilərlə yaşayır. Tək arzusu əlil arabasında ağrısız və yarasız yaşamaqdır. Gənc qadının həyat hekayəsi o qədər ağırdı ki, həyacansız dinləmək olmur. Qəza olanda iki kiçik qız övladı vardı.

“Qızlarımın birinin 1 yaşı, o birisinin 2 yaşı vardı. Mən onları qucağıma ala bilmədim, Övladlarımı nə məktəbə apardım, nə də bir ana kimi saçlarını daradım. İki övladıma və mənə yaşlı anam baxdı".  

Aynurənin anası birinci qurup əlildi. Ayağı kəsilib və tək ayağıyla zorluqlarla övladına və nəvələrinə baxıb.   Aynurə qəza keçirəndən bir ay sonra  həyat yoldaşı onları tərk edib. Sonra rəsmi boşanıblar. İndi Aynurə əməliyyat olmalıdır. Onun elə bir ağır yarası var ki, baxmağa ürək tab gətirmir.  

Birinci qrup əlil Aynurə, anası birinci qrup əlil Səkinə xanım. Ya göz görə-görə gənc ana ölməli,  ya dövlət bu ananı qurtarmalı. Ailəni və yaşayışını gördükdən sonra bunları yazmağı özümüzə borc bildik. Ümid Səhiyyə Nazirliyinədir...  


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər