Modern.az

Keçmiş jurnalistə yüksək vəzifə verildi

Keçmiş jurnalistə yüksək vəzifə verildi

Media

3 May 2016, 13:57


Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) yeni təyinat olub. Modern.az saytı xəbər verir ki, Palatanın sədri Rüfət Aslanlının əmri ilə keçmiş jurnalist Rüfət Abbasov qurumda müşavir vəzifəsinə təyin edilib.

Rüfət Abbasov sədrin müşaviri olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasında kommunikasiya işləri ilə məşğul olacaq.

R.Abbaov jurnalistlərə yaxşı tanışdı. 1984-cü ildə Bakıda anadan olan Abbasov Ali Diplomatiya Kollecinin beynəlxalq jurnalistika fakültəsinin və Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunudur. ABŞ Dövlət Departamentinin Gələcəyin Liderləri beynəlxalq proqramı üzrə də təhsil alıb.

“Olaylar” İnformasiya Agentliyində və eyni adlı qəzetdə, “Trend” agentliyində çalışıb. “Reuters”in Bakıdakı müxbiri, “Azercell Telekom” MMC-nin mətbuat katibi olub.
Daha sonra “Bank of Azerbaijan”da kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib. “Bank of Azerbaijan”dan ayrılandan sonra R.Abbasov bir müddət Azərbaycan Mərkəzi Bankında kommunikasiyalar üzrə direktor vəzifəsində çalışıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi