Modern.az

Amerikaya viza lotereyasının nəticələri açıqlanıb

Amerikaya viza lotereyasının nəticələri açıqlanıb

4 May 2016, 00:07

 

ABŞ-ın “Green Card”  viza lotereyasının 2016-2017-ci il nəticələri açıqlanıb.   Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, ABŞ-da yaşamaq və işləmək imkanı təklif edən “Green Card”  (Yaşıl kart) nəticələri Azərbaycan saatı ilə saat 20:00-da açıqlanıb.  

Nəticələri öyrənmək istəyənlər //www.dvlottery.state.gov/  linkindən istifadə edə bilərlər.

2015-ci ilin oktyabr ayında müraciət edənlərin nəticələri 2016-ci ilin may ayında açıqlanır və onların 2017-ci ildə ABŞ-a getməsi nəzərdə tutulub. Amerika dövləti 2017-ci ildə 50 min immiqrantı ölkəyə qəbul etməyi planlaşdırır.   Viza lotereyası qazananlar bir ay içərisində Amerika səfirliyinə müraciət etməlidir. Nəticələr bir ay müddətində siyahıda saxlanılacaq.

“Green Card” 2018-ci il üçün müraciət etmək istəyənlər bu ilin oktyabr ayının 1-dən noyabrın 3-nə qədər www.dvlottery.state.gov saytında qeydiyyatdan keçə bilərlər.  

Qeyd edək ki, bu vizanı əldə edənlər 5 ildən sonra Amerika vətəndaşlığı almaq şansı qazanırlar.

Modern.az

 
Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər