Modern.az

"Azərbaycan şəhərində təyyarə qəzasının günahkarı hakimiyyətdir"

"Azərbaycan şəhərində təyyarə qəzasının günahkarı hakimiyyətdir"

10 Yanvar 2011, 12:28

Xəbər verdiyimiz kimi, İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi şəhəri olan Urmiyada təyyarə qəzası baş verib. Paytaxt Tehrandan uçan sərnişin təyyarəsi yanvarın 9-da qəzaya uğrayıb və 77-dən çox insanın həlak olması, 30-dan çox insanın yaralanması ilə nəticələnib.
"İranAir" şirkətinə məxsus BOİNG 727 təyyarəsi hava limanına 15 kilometr qalmış məcburi eniş vaxtı qəzaya uğrayıb.
Əslən Güney Azərbaycandan olan soydaşımız, hazırda Norveçdə yaşayan Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Kimitəsinin sədri Böyük Rəsuloğlu hadisə ilə bağlı Modern.az saytına açıqlama verib.
“Hər şeydən əvvəl bu vəsilə ilə sevgili Urmulu soydaşlarımın, ölənlərin ailələrinin və məzlumiyət sacında qovrulan millətimizin başı sağ olsun deyirəm. Tanrı ölənlərə rəhmət, qalanlara səbr əta etsin”.
B.Rəsuloğlu deyib ki, bu xəbəri eşidərkən bir həqiqəti açmadan keçmək doğru olmazdı. Onun sözlərinə görə, İran rejimi uzun müddət istifadə olunan təyyarələri köhnəldikdən sonra məhz Azərbaycan türklərinin yaşadığı şəhərlərə təşkil olunan reysələrə buraxır.
“Hollandiya istehsalı olan bu uçaqlar Şah zamanı alınmışdı və uzun zaman Tehrandan İsfahan, Şiraz, Kirman kimi fars şəhərlərinə uçduqlarını xatırlayıram. O zaman modern olan bu təyyarələrin faydalı ömrünün sona çatandan sonra hər mütəxəssisin beynində bir sual doğub. Millətin canı ilə oynamaq nə zamana qədər davam edəcək? Yanlış xarici siyasət nəticəsində parçasız qalan bu vasitələr köhnəldikdən sonra nədən Azərbaycanda işə salınmaqdadır?
Allah rasizmə lənət eyləsin”-deyə Böyük Rəsuloğlu bəyan edib.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu