Türkiyədə son günlər aparılan hərbi əməliyyatlar zamanı PKK-nın əsas adamlarından biri, xeyli əsgərin şəhid olmasına səbəb olan dəstə başçısı öldürülüb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbakırın Lice qəsəbəsinin yaxınlığında aparılan döyüşlərdə PKK-ın liderlərindən olan Əkrəm Güney məhv edilib. Əkrəm Güney adlı terrorçunun başına bir müddət əvvəl 4 milyon türk lirəsi mükafat qoyulmuşdu.
Onun məskunlaşdığı yeri də yerli əhali xəbər verib.
Modern.az