Türkiyəli 28 yaşlı Nurten Taycur ona xəyanət edən əri Erkan Akanı öldürmək üçün killer tutub. Modern.az xarici mediaya istinadən bildirir ki, qadın muzdlu qatilə deyib ki, ərinin onun həyatından birdəfəlik yox olmasını istəyir.
Bundan əlavə, Taycur cinayətin yaraqlıların edam səhnələrinə bənzər formada baş tutmasını da arzulayıb. Bu səbəbdən kişinin boğazının kəsilməsi, onun avtomobilinin damına isə İraq-Şam İslam Dövləti yazılması planlaşdırılıb.
Qadın polis adı altında gizlənən killerə 1000 funt-sterlinq avans kimi verəndə yaxalanıb. Qalan 4000 min funt İst-Londonun Hakni ərazisindəki evində aşkarlanıb. Taycur hüquq-mühafizəçilərinə öldürməyə təhrik etdiyini etiraf edib.
O, iddia edib ki, əri ciddi mədəniyyət əqidəsinə görə onun boşanmasına imkan verməzdi.
Modern.az